Hollandiyada tramvayda atəş açan şəxsin kimliyi açıqlandı
18 Mart 2019 18:16 DünyaBu barədə Niderland polisindən bildiriblər.
Hollandiyada tramvayda atəş açan şəxsin 37 yaşlı Türkiyə əsilli Gökman Tanis olduğu açıqlanıb.
"DHA" xəbər verir ki, bu barədə Niderland polisindən bildiriblər.
O, hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları G.Tanisi saxlamaq üçün əməliyyat keçirir.
Qeyd edək ki, bu gün Hollandiyanın Utrext şəhərində tramvaya silahlı hücum olub.
Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31