Çanaqqala döyüşündən 104 il ötür - Maraqlı faktlar

İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı.

Bu gün 1915-ci ildə baş tutan Çanaqqala döyüşündən 104 il ötür.

Çanaqqala döyüşü ilə bağlı maraqlı faktları təqdim edilir:

- Döyüşdə 250 min Osmanlı əsgəri həlak olmuşdu, lakin bunlardan sadəcə 50 mininin adı bəllidir.

- Britaniya donanması bu döyüşə 480 min əsgərlə gəlmiş, sadəcə 105 min əsgərlə geri dönmüşdür.

- Hesablamalara görə, bu döyüşdə hər kvadrat metrə 6 min mərmi düşmüşdür. 2 mərminin havada toqquşmaq ehtimalı 600 milyonda 1 olduğu halda, Çanaqqalada bu hala dəfələrlə rast gəlinmişdir.

- Britaniya ordusunun tərkibində müsəlman əsgərlər də olmuşdur. Belə ki, onlar almanlar ilə vuruşacaqlarını zənn edirdilər.

- Osmanlının mükəmməl müdafiəsi 1-ci Dünya müharibəsinin 2 il daha uzanmasına səbəb oldu: İngiltərə və Fransa Çar Rusiyasına köməyə gedə bilmədi və inqilab baş verdi.

- İngilislər türkləri məğlub edəcəyindən o qədər əmin idilər ki, Osmanlıda xərcləmək üçün hazır banknotlar da gətirmişdilər.

- Bu döyüş səbəbindən Osmanlıda 1 il müddətinə təhsil dayandırılmışdır. Hətta şagirdlər də döyüşə cəlb edilmişdi.

- İngiltərə və Fransa donanması Çanaqqala döyüşünə qədər 200 il məğlub olmamışdı.

- Osmanlının sadəcə 26 dəniz minası var idi. Bir rəvayətə görə, "Nusret" gəmisinin kapitanı Hakkı Minbaşı minaları hansı yerlərə düzməli olduğunu yuxuda görmüşdü.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31