ABŞ PUA-sı Əfqanıstanda qəzaya uğrayıb
18 Mart 2019 17:09 DünyaABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Əfqanıstanın Parvan bölgəsinin Baqram rayonuna düşüb.
Məlumatı ABŞ-ın Əfqanıstandakı qoşunlarının mətbuat xidməti yayıb.
PUA NATO-nun Baqram rayonunda yerləşən Hərbi-Hava Qüvvələrinin yaxınlığında boş əraziyə düşüb.
Aparatın texniki nasazlıq səbəbindən düşdüyü bildirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Düşən PUA-nın modeli barədə məlumat açıqlanmayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31