“Bu, cinayətdir” - Ruhanidən sərt sözlər

İran Prezidenti Həsən Ruhani ölkəsinə tətbiq olunan sanksiyalara görə ABŞ-ı məhkəməyə verəcəklərini bəyan edib.

İran prezidenti dövlət televiziyasında çıxışı zamanı rəhbərlik etdiyi ölkəyə qarşı tətbiq edilən sanksiyalardan dolayı ABŞ-a iddia açacaqlarını söyləyib.

Ruhaninin sözlərinə görə, ABŞ-ın sanksiyaları insanlığa qarşı cinayətdir.

Qoyulan embarqonun İran realına təsir göstərdiyini deyən Həsən Ruhani bu problemi həll edəcək gücdə olduqlarını qeyd edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31