İvanişvilinin “trol fabriki”ni erməni idarə edirmiş

Gürcüstanın ən məşhur bankı olan "TBC bank"a kiberhücum "Qrevit" Açıq Səhmdar Cəmiyyətinin ofisindən təşkil edilib.

Məlumata görə, hücumun təşkil edildiyi ofisin rəhbəri 24 yaşlı hüquqşünas Yuri Muradyandır. Onun bu şirkəti 20 yaşında təsis etdiyi, bununla bərabər həm də Trip in Corciya ASC adlı şirkətə də sahib olduğu vurğulanıb.

Gürcüstanın ən güclü kompüter mütəxəssislərindən biri olduğu bildirilən Muradyanla Gürcü Arzusu Partiyasının mətbuat katibi Koki Kandiaşvili arasında əlaqənin olduğu bildirilib. Belə ki, televiziya Kandiaşvilinin müxalifət və biznesmen Mamuka Xazaradzeyə hücum üçün yaratdığı "trol fabriki" layihəsində Muradyandan istifadə etdiyini qeyd edib.

"Rustavi 2" həmçinin Muradyanla görüşən, amma adının çəkilməsini istəməyən şəxslərdən birini də danışdırmağı bacarıb. Bu şəxs Muradyanla görüşdüyünü və onun otağında ləkələnməli olan siyasi liderlərin və aktivistlərin fotolarının olduğu lövhəni gördüyünü bildirib.

Üstəlik, televiziya müxalif liderlərinə qarşı təşkil edilən kampaniya üçün Kandiaşvili tərəfindən müxtəlif məbləğdə vəsaitlər təklif edildiyini qeed edib.

Rustaveli 12 ünvanında bir zamanlar fəaliyyət göstərən "trol fabriki"nin artıq qapadıldı iddia edilir. Bununla bərabər Kandiaşvilinin trollarının hazırda harada fəaliyyət göstərdiyi açıqlanmayıb.

Qeyd edək ki, bundan öncə Mamuka Xazaradze Muradyanın "TBC Bank"a kiber hücum təşkil etdiyi və həmçinin onun nəzarətində bir sıra saxta hesabların da olduğunu bildirib.

Son bir neçə ay ərzində Bidzina İvanişvilinin bir zamanlar çox yaxın müttəfiqi olan Xazaradzeyə qarşı hücumlar aktivləşib. Müxalifət hökumətin təşkil etdiyi hücumun əsas məqsədinin Xazaradzenin əlindən "TBC Bank" və Anakliya limanı layihəsini almaq olduğunu bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31