Netanyahu bu informasiyanı İrana satıb – Sensasion iddia
18 Mart 2019 15:38 Dünyaİsrailin keçmiş baş naziri Ehud Barakın mobil telefonu və kompüterindəki məlumatları ələ keçirən hakerlər sözügedən informasiyanı İrana satıb.
Bu iddia ilə İsrailin "Kanal 12" televiziyası çıxış edib.
Sözügedən hakerlərin İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən tutulduğu iddia edilib.
Məlumata görə, İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri (ŞABAK) Nadav Arqaman Ehud Barakın evinə gedərək haker hücumu barədə ona danışıb.
İddialara Arqaman və Barak heç bir rəsmi münasibət bildirməyib.
Xatırladaq ki, ötən həftə qarşıdan gələn seçkilərdə Netanyahunun ən böyük rəqibi sayılan Benni Qantzın mobil telefonuna kiber hücum olduğu və hadisənin arxasında İranın dayandığı bildirilmişdi. Qantzın partiyası bu məlumatın mətbuata sızdırılmasına görə Baş nazir Benyamin Netanyahunu günahlandırılmışdı.
axar