Rusiyalı müğənninin ölüm səbəbi bəlli oldu - VİDEO

Rusiyalı müğənni Yuliya Naçalovanın ölüm səbəbi bəlli olub.

Bu barədə ifaçının atası Viktor Naçalov məlumat verib:

"Həkimlər nə qədər cəhd etsə də, qızımın ürəyi tab gətirmədi. Bədənində irin yığıntısı baş verdiyinə görə, dünyasını dəyişib".

Qeyd edək ki, 38 yaşında dünyasını dəyişən Yuliya "Utrennyaya Zvezda" adlı musiqi yarışmasının qalibi olub.

O, bir çox hit mahnıların ifaçısı idi. Eyni zamanda aktrisa kimi də özünü sınayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: 
Юлия Началова Герой Не Моего Романа

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31