Misir Rusiyadan qırıcı təyyarələr alacaq
18 Mart 2019 14:52 DünyaMisir Rusiyadan "Su-35" qırıcı təyyarələri alacaq.
Rusiya ilə Misir arasında 20-dən çox "Su-35" qırıcı təyyarəsi və sursatın satışı barədə müqavilə imzalanıb.
Müqavilə 2 milyard dollar məbləğində dəyərləndirilir. Təyyarə və sursat 2020-2021-ci illərdə Misirə çatdırılacaq.
Son illər Misir Rusiyadan müasir hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, helikopterlər və qırıcı təyyarələrin alınmasına dair bir neçə müqavilə imzalayıb.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31