Makrondan “sarı jiletlilər”ə qarşı - Sərt qərar
18 Mart 2019 14:31 DünyaFransa Prezidenti Emmanuel Makronun "sarı jiletlilər"in son aksiyaları zamanı baş verən dağıntılardan sonra Yelisey meydanındakı mitinqləri qadağan edəcəyi bildirilir.
Bu barədə "Röyter" agentliyi Yelisey sarayındakı rəsmi mənbəyə istinadla məlumat yayıb.
Paytaxt Parisin tanınmış meydanlarından biri olan Yeliseydə aylardır davam edən etiraz aksiyalarının mərkəzlərindən birinə çevrilib. Ötən həftə isə meydanda atəş açılıb, bəzi mağazalar dağdılıb.
Makronun bu səbəbdən həmin meydanda aksiyaları yasaqlamağı planlaşdırdığı bildirilir.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31