Göyərçinə 1 milyon 252 min avro verdilər

Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.

Satış Belçikada baş tutub.

İnternet vasitəsi ilə həyata keçirilən satış zamanı Armando adlı erkək göyərçinə bir milyon avrodan artıq qiymət verilib.

Uzun məsafəli yarışlarda çempion adını qazanan 5 yaşlı göyərçinin bir çinli tərəfindən alındığı qeyd olunub.

Qeyd edək ki, 2017-ci ildə Belçikada bir göyərçin 400 min avroya satılmışdı.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31