Afrika sahillərində iki qayıq çevrilib, 130-dan çox miqrant itkin düşüb

Cibuti sahillərində miqrantları daşıyan iki qayığın çevrilməsi nəticəsində 5 nəfər ölüb, 130-dan çox insan itkin düşüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.

Hadisə ölkənin şimal-şərqində yerləşən Obok liman şəhəri ərazisində qeydə alınıb. Qəza barədə yerli sakinlər xəbər veriblər. Sonradan onların dediyi ərazidə 3 qadın və 2 kişi meyiti, həmçinin 2 sağ qalan insan tapılıb.

Məlumata görə, faciə qayıqların həddindən artıq yüklənməsi və dalğanın güclü olması səbəbindən, qayıqlar sahildən uzaqlaşdıqdan təqribən 30 dəqiqə sonra baş verib.

Daha əvvəl Hindistanda qayığın aşması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər çayda boğulub.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31