İspaniya "Brexit"lə bağlı sazişlərdən Cəbəllütariqin kənar qalmasını istəyir
30 Yanvar 2019 11:23 Dünyaİspaniya Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı hər hansı sazişlərdən Cəbəllütariqin kənar qalmasında israr edir.
Bu barədə İspaniya hökumətindəki mənbə bildirib.
"Böyük Britaniya ilə hər hansı müqavilə imzalandığı təqdirdə, sənədin mətnində haşiyə kimi həmin şərtlərin Cəbəllütariqə şamil olunmadığını təsbit edən izahat olmalıdır", - mənbə qeyd edib.
Daha əvvəl İspaniyanın Baş naziri Pedro Sançes 1713-cü ildən Böyük Britaniya hakimiyyəti altında olanCəbəllütariq üzərində suverenlik hüquqlarını yenidən ortaya qoymaq niyyətində olduqlarını bildirmişdi.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31