Filippində məsciddə partlayış baş verib
30 Yanvar 2019 11:21 DünyaFilippinin Mindanao adasındakı Zamboanqa şəhərində yerləşən məsciddə qumbaranın partlaması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə çərşənbə günü yerli polisə istinadən "Rappler" portalı məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs müsəlman dini liderləri məsciddə olan zaman binaya qumbara atıb. Bütün yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat yoxdur.
Hadisənin digər təfərrüatları məlum deyil.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31