Səudiyyə Ərəbistanında korrupsiyada ittiham olunan 126 məmur işdən çıxarılıb
30 Yanvar 2019 11:18 DünyaSəudiyyə Ərəbistanın Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən çıxarıb.
Bu barədə məlumat idarənin"Twitter" mikrobloquna yerləşdirilib.
Nazirlikdən bildiriblər ki, məmurlar idarənin paytaxt Ər-Riyad və krallığın iqtisadi paytaxtı olan Ciddə də daxil olmaqla 15 şəhərdə yerləşən bölmələrindən qovulublar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31