Putin və Ərdoğanın məqsədi nədir? - İtaliya mediası
30 Yanvar 2019 00:36 DünyaRusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir-birinə ehtiyacları olduğunu çox yaxşı bilirlər.
Bu barədə İtaliyanın "Della Querra" xəbər saytında məqalə dərc edilib.
"Ərdoğanın bir məqsədi var: Suriyanın şimalının Türkiyənin nəzarəti altına girməsi. Putinin isə fərqli məqsədləri var: Suriyadakı müharibənin başa çatması, Bəşər Əsədin vəzifəsinə davam etməsi və ölkənin parçalanmasının qarşısının alınması", - məqalədə qeyd edilib.
Qeyd edilir ki, Ərdoğanla Putinin tandemi istər enerji, istərsə də müdafiə sektorunda da təsirlidir, ancaq bu əməkdaşlığın önünü açacaq əsas açar Suriyadır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31