BMT məruzəçisi İstanbuldakı konsulluğa buraxılmadı
29 Yanvar 2019 15:43 DünyaBMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard Camal Qaşıqçı istintaqı ilə bağlı hazırlayacağı hesabat üçün yoxlamalara İstanbulda yerləşən Səudiyyə Ərəbistanının Baş Konsulluğundan başlamaq istəyib.
BMT-nin xüsusi məruzəçisi və onu müşayiət edən heyət konsulluğa buraxılmayıb. Buna səbəb kimi heyətin məsələ ilə bağlı Səudiyyə Ərəbistanı rəsmilərinə gec məlumat verməsi göstərilib.
Məsələyə münasibət bildirən AKP sözçüsü Ömər Çelik məruzəçinin konsulluğa buraxılmamasını qalmaqal adlandırıb və bu barədə müvafiq istintaq başladılmalı olduğunu bildirib.
Qeyd edək ki, Kalamard ötən gün Türkiyəyə gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31