"İranı Suriyadan yalnız Rusiya çıxara bilər"

Sabiq İsrail Hava Qüvvələri Komandiri Amir Eşel, İranı Suriyadan yalnız Rusiyanın çıxara biləcəyini deyib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Paytaxt Tel Əvivdə qatıldığı konfransda danışan Eşel, İranı Suriyadan yalnız diplomatik yolla çıxarmağın mümkün olduğunu, bu diplomatik yolun ünvanının isə Rusiya olduğunu qeyd edib.

Sabiq komandir mövcud şərtlər altında tək alternativin ABŞ-ın Suriyadakı İran varlığına qarşı dünya səviyyəsində hərəkətə keçməsinin olduğunu, lakin bu ehtimalın qeyri-mümkün göründüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31