Yerevanda hökumət binasının qarşısında növbəti etiraz
29 Yanvar 2019 15:18 DünyaErmənistanın tərəvəz istehsalçıları Yerevanda hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər.
Onlar idxalla bağlı qanunvericiliyə qarşı çıxırlar. İstehsalçıların sözlərinə görə, tərəvəz idxalına qoyulan aşağı qiymətlər nəticəsində onların məhsulları rəqabətqabiliyyətli olmur.
Nazirlər Kabinetinin nümayəndələri aksiya iştirakçılarını qəbul etməyə razı olublar. Lakin jurnalistlərin binaya girişinə icazə verilməyib. Təfərrüatlar barədə məlumat verilmir.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31