BMT nümayəndələri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna buraxılmayıblar

BMT-nin məhkəmədənkənar və kütləvi edamlar üzrə xüsusi məruzəçisi Anes Kallamardın başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına buraxılmayıb.

Nümayəndə heyəti Krallığın diplomatik missiyasının binasına xaricdən baxış keçirib.

Bir müddət əvvəl Anes Kallamard Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülən jurnalistCamal Qaşıqçının cinayət işini araşdırmaq üçün müstəqil beynəlxalq ekspertlərlə birlikdə Türkiyəyə səfər edəcəyini bildirmişdi. Araşdırmanın nəticələri 2019-cu ilin iyununda BMT-nin İnsan Hüquqları üzrə Şurasının sessiyasına təqdim ediləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ədliyyə naziri Əbdülhəmid Gül və İstanbulun Baş prokuroru İrfan Fidanla görüşəcək.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçıoktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib, orada öldürülüb.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31