Rusiya kömür ixracında rekorda nail olub

Rusiya Federasiyası ötən ildə 200milyon tondan çox kömür ixrac edərək rekord göstərici əldə edib.

Bunu Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski beynəlxalq simpoziumdakı çıxışı zamanı bildirib.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2017-ci ildə ölkə 181,406 milyon ton kömür ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 9,2 faiz çoxdur.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31