Tehranda it gəzdirmək qadağan edildi
29 Yanvar 2019 14:31 Dünyaİranın paytaxtı Tehranda it gəzdirmək qadağan edildi.
Olaylar.az xəbər verir ki, İran Radio və Televiziya Təşkilatına bağlı Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə (YJC) danışan Tehranın polis rəisi Hüseyn Rəhimi, ictimai yerlərdə it gəzdirənlərə sanksiya tətbiq olunacağını bildirib.
Rəhimi, küçədə gəzdirilən itlərin insanlarda qorxuya səbəb olduğunu deyib.
Qeyd edilib ki, avtomobilində it daşıyanlara da polis tərəfindən sərt müdaxilə olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31