"Yayda Ermənistanda etiraz dalğası gözlənilir"

"Yayda Ermənistanda süd məhsullarının satışının təşkili ilə bağlı bir problem olacağı aydındır. Bu isə kəndlilər arasında narazılığa və etirazlara səbəb olacaq".

Bunu jurnalistlərlə görüşdə ermənistanlı sosioloq Aqaron Adibekyandeyib.

Onun sözlərinə görə, bu, hökumətdə nəzərdə tutulan struktur dəyişikliyi və Kənd Təsərrüfatı Nazirliyinin ləğvi ilə bağlıdır.

Dövlət aparatının nümayəndələrinə verilmiş mükafatların ödənilməsi məsələsinə toxunan sosioloq qeyd edib ki, dövlət idarəetməsi sahəsində maliyyələşmə çatışmazlığı korrupsiyanın inkişafına gətirib çıxara bilər.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31