Avropalı 30 məşhur müraciət yaydı: Məhvlə üz-üzəyik
28 Yanvar 2019 15:15 Dünya"Qardian" qəzeti Avropanın müdafiəsiylə bağlı 30 avropalı intellektualın açıq məktubunu dərc edib.
Yayımlanan məktuba məşhur filosof Bernar Anri Levi, yazıçı Orxan Pamuk, Salman Rüşdü, Svetlana Aleksiyeviç, Lüdmila Uliçkaya, Milan Kundera və digərləri imza atıb. Məktubda intellektuallar faşizm üzərində qələbədən 74 il və Berlin divarlarının yıxılmasından 30 il sonra Avropa sivilizasiya uğrunda yeni döyüşlə üz-üzə qaldıqlarını bildiriblər. Onların fikrincə, yeni təhdid milli ruhun bərpasını istəyən populistlərdən gəlir.
İntellektuallar Avropanın Britaniya və ABŞ-ın dəstəyini itirdiyini və Kremlin açıq müdaxiləsi ilə üz-üzə qaldığını açıqlayıblar. Onlar vahid Avropa ideyasının insanların gözləri önündə məhv olmağa başladığını qeyd ediblər:
"Əgər Avropanın "vətənpərvərləri" Avropa Parlamentinə keçirilən seçkidə qalib gəlsələr, bu, Avropa üçün fəlakət olacaq. Erazm Rotterdamski, Dante, Höte və Yana Amos Komenskinin davamçıları utancverici məğlubiyyətlə üz-üzə qalacaq. Avropanı növbəti dəfə dəstəkləmək lazımdır".