İran Avstraliya vətəndaşını sərbəst buraxıb

İran Avstraliya vətəndaşı, demoqrafMeymanat Hüseyni-Çavuşini həbsdən buraxıb.

Bu barədə alimin vəkili Mahmud Mehzadi məlumat verib.

Bununla belə, Meymanat Hüseyni-Çavuşi İranda qalıb. Ona qarşı ittihamın irəli sürülüb-sürülməyəcəyi isə hələlik məlum deyil.

İran və Avstraliya vətəndaşı olan Meymanat Hüseyni-Çavuşi Melburnda yerləşən Demoqrafiya və ümumdünya səhiyyə məktəbinin əməkdaşıdır. 2018-ci ilin dekabrında İranı tərk edərkən tutulub. O, təxribat və dövlət müəssisələrinə soxulmağa cəhddə şübhəli bilinərək həbs olunmuşdu. 

O, İranda hakimiyyət tərəfindən doğuma nəzarətin ləğv olunmasını tənqid edirmiş.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31