Bu kəndin əhalisi buzun altından balıq tutmaqla yaşayır - FOTO

Şərqi Anadolunun ən böyük ikinci gölü olan Çıldırda, bir çox kəndli yaşayış səviyyəsini buzun altından tutduqları balıqlarla təmin edirlər. Olaylar.az "AA" ya istinadən xəbər verir ki, Qars-Ardahan sərhədlərində yerləşən və qışda səthi tamamilə buzla örtülən Çıldır Gölündə, Eskimo üsulu balıq ovçuluği ilə məşğul olunur.

Şərqi Anadolunun ən böyük ikinci gölü olan Çıldırda, bir çox  kəndli yaşayış səviyyəsini buzun altından tutduqları balıqlarla təmin edirlər.

Olaylar.az "AA" ya istinadən xəbər verir ki, Qars-Ardahan sərhədlərində yerləşən və qışda səthi tamamilə buzla örtülən Çıldır Gölündə, Eskimo üsulu balıq ovçuluği ilə məşğul olunur. 

Arpaçay mahalına bağlı Çanaksu kəndində balıqçılıqla məşğul olan vətəndaşlar, soyuq havaya diqqət etmədən balıq ovunu davam etdirir. Səhərin erkən saatlarında hazırlanan balıqçılar, buzla örtülü gölün üzərində yeriyib, torları buraxacaqları sahəyə gəlir.

Balıqçılar, buzu motorlu mişarlarla kəsib suya torlarını atır. Buz altından çıxardıqları, xalq arasında sarı balıq deyilən şirin su sazanlarını göl kənarında olan restoranlarda bişirən kənd xalqı, bu yolla dolanışıqlarını təmin edir. 

Balıqçılardan Bahri Ağbulaq, 42 ildir balıqçılıqla məşğul olduğunu bildirib. Çıldır gölünün qış ayında vizual mərasim təqdim etdiyini ifadə edən Ağbulaq, "Soyuq qış şərtlərində Çıldır Gölündə balıq ovlamaq çox zəhmətlidir, lakin işimizi bu cür havaya baxmayaraq sevərək görürük." deyib.

Ağbulaq, qalın buz təbəqəsini mişarla kəsdiklərini izah edərək, bunları qeyd edib: "30-40 sm qalınlığındakı buzu motorlu mişarla kəsib suya ağlarımızı atırıq. Ağlarımız bir həftə suda qalır, sonra buzları təkrar kəsib ağa düşən balıqları çəkirik. Tutduğumuz balıqları aldıqdan sonra toru yenidən suya atırıq. Balıqları bişirib sataraq dolanışığımızı təmin edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31