Türkiyədə qasırğanın vurduğu ziyanın həcmi ŞOKA saldı
28 Yanvar 2019 13:25 DünyaTürkiyənin Antalya vilayətində ard-arda baş vermiş qasırğan bölgəyə 100 milyon lirə həcmində ziyan vurub.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, təbiət hadisəsinin bütün fəsadları aradan qaldırılacaq.
R.T.Ərdoğan əlavə edib ki, qasırğa zamanı küləyin sürəti 133 kilometr/saata çatıb.
Xatırladaq ki, 24-26 yanvar tarixlərində Antalyada tüğyan etmiş 5 qasırğa nəticəsində 2 nəfər həlak olub, 20-dən çox şəxs xəsarət alıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31