Türkiyədə əməliyyat: Narkobaron ələ keçdi, Ərdoğana məruzə olundu
28 Yanvar 2019 12:57 DünyaƏrzurumda yük avtomobilinə qarşı keçirilən əməliyyat zamanı 1 ton 535 kiloqram heroin ələ keçirilib.
Heroini İranla sərhəd məntəqəsindən keçirmək üçün mərmərlərin arasında daş formasında cilalanıb.
Türkiyə tarixində indiyə qədər ələ keçirilən ən böyük narkotik maddə kimi tarixə düşən bu əməliyyat nəticəsində yük avtomobilinin sürücüsü İstanbula gətirilib.
Əməliyyat nəticəsində Türkiyədə ilk 50 siyahıda yer alan narkotik baronu Almaniyaya qaçarkən həbs edilib.
Daha sonra avtomobilin sürücüsü Ərzuruma gətirilib və heç bir şey olmamış kimi yüklə birlikdə İstanbula göndərilib. Polisin müşahidəsi ilə İstanbula çatan sürücü narkotikin alıcıları ilə təmas qurub. Beləcə Türkiyədə narkotik baronlarından biri müəyyən edilib.
Xüsusi əməliyyat nəticəsində İstanbuldan Almaniyaya qaçmaq istəyən narkotik baronu hava limanında saxlanılıb. Hazırda faktla bağlı ciddi araşdırma aparılır və narkotik şəbəkəsinin digər üzvlərinin saxlanılması üçün tədbirlər görülür.
Daxili işlər naziri Süleyman Soylu deyib ki, bu əməliyyatla Türkiyə tarixində rekord hesab ediləcək miqdarda narkotik maddə ələ keçirilib: "Biz bu uğurlu əməliyyat və xəbəri prezident Ərdoğanla paylaşdıq".