Türk ordusu vurdu: İraqdan gözlənilməz reaksiya

İraq Xarici İşlər Nazirliyi Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldıza TSQ-nin PKK-nı hədəf alan əməliyyatlarına görə narahatlıq duyduqlarını bildirib.

Səfir görüş zamanı türk ordusunun məhz PKK-nın xain hücumundan sonra bu əməliyyatı gerçəkləşdirdiyini söyləyib.

Fatih Yıldız bildirib ki, İraq Türkiyəni təxribata çəkən PKK-ya qarşı lazımı tədbirləri görməlidir.

"Əgər İraq bunu edə bilməsə, Türkiyə PKK-ya qarşı əlindən gələni edəcək", - səfir bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasına PKK tərəfindən hücum təşkil edilib. Türk ordusu cavab olaraq İraqın şimalındakı terrorçu hədəflərini bombalayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31