Orban Rusiyaya qarşı çıxmaqdan imtina etdi

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın istəyi ilə Rusiya və Çinə qarşı təzyiq göstərməkdən imtina edib.

Bu barədə "Vol Strit Jurnal" yazıb.

Baş nazir Macarıstanın Avstriya nümunəsi ilə hərəkət edərək, neytrallığını qorumaq niyyətində olduğunu bildirib.

Orban Çinin kibercasusluq fəaliyyətinə qarşı tədbirlər görməkdən, həmçinin Ukrayna tərəfinə dəstəyi artırmaqdan imtina edib.

Macarıstan hökumətinə yaxın mənbələr Orbanın Rusiya ilə münasibətləri qorumaqda maraqlı olduğunu, həmçinin siyasətlə bağlı heç kimin diqtəsi ilə hərəkət etmək istəmədiyini bildirib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31