Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya inteqrasiyasını dəstəkləyir
28 Yanvar 2019 11:32 DünyaGürcüstanda rəyi soruşulanların 83%-i ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasını dəstəkləyir.
Bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Aİ-yə inteqrasiyanı dəstəkləməyənlər isə 9% təşkil edib.
NATO-ya inteqrasiyaya gəlincə, respondentlərin 78%-i ölkənin Alyansa üzvlüyünün lehinə, 13%-i isə əleyhinə səs verib.
NDI sorğunu işğal altında olan ərazilər istisna olmaqla bütün Gürcüstan üzrə ötən ilin 6-20 dekabrtarixində 2205 respondent arasında aparıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31