Amerikalıların əksəriyyəti ölkədəki vəziyyətdən narazıdır - SORĞU
28 Yanvar 2019 11:22 DünyaAmerikalıların 63%-i ölkədə vəziyyətin inkişafından narazıdır və onun yanlış istiqamətdə hərəkət etdiyini düşünür.
Bunu "The Wall Street Journal" qəzeti və NBC teleşirkətinin birgə apardığı sosioloji sorğunun nəticələri göstərir.
Sorğuda iştirak edənlərin, təxminən, 68%-i ABŞ-da baş verən hadisələrə münasibətini bildirərkən mənfi dəyərləndirməli söz və ifadələrdən - "fəlakət", "pisləşmə", "qarışıqlıq", "ağır dövrlər" və s. istifadə edib. Bir ay əvvəl keçirilmiş analoji sorğu zamanı narazı olanlar 56% təşkil edirdi.
Sosial araşdırma ölkədə büdcə böhranı səbəbindən federal hökumətin fəaliyyəti hələ dayanan dövrdə aparılıb. Federal hökumətin işi yalnız ABŞ Prezidenti Donald Trampın ötən həftə hökumət idarələrinin fevralın 15-dək fəaliyyətinə pul vəsaiti ayırılması barədə qanun layihəsini imzalamasından sonra bərpa olunub.
D.Trampın şəxsi reytinqi isə dekabrdakı sorğu ilə müqayisədə dəyişməz qalıb: amerikalıların 43%-i prezidenti dəstəkləyir, 54%-i isə ona qarşı çıxır.
report