Hindistanda məktəbliləri aparan avtobus aşdı - Çoxsaylı yaralılar var

Hindistanın cənub-şərqində Andxra-Pradeş ştatında məktəbliləri aparan avtobus qəzaya uğrayıb. Avtobusda təxminən 50 şagirdin olduğu bildirilir.

Ölənlər barədə dəqiq məlumat verilməsə də, çoxsaylı yaralıların olduğu qeyd edilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Yaralılardan 3 nəfərin vəziyyətinin isə xüsusi ağır olduğu bildirilir.

Məktəb avtobusunun hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31