ABŞ-dan Rusiyaya BÖYÜK JEST: sanksiyalar ləğv olundu
28 Yanvar 2019 08:32 DünyaABŞ üç Rusiya şirkəti barəsində 6 aprel 2018-ci il tarixində qəbul edilmiş sanksiyaları ləğv edib.
"RİA-Novosti" agentliyi xəbər verir ki, bu hqda Birləşmiş Ştatların Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Bunlar "En+ Group", "Evrosibenergo" və "Rusal" şirkətləridir.
Xatırladaq ki, ABŞ keçən ilin aprel ayında dövlət hərbi ixracat şirkəti "Rosoboronexport, "GAZ" qrupu, "Russkiye Maşinı", "Bazoviy Element", "B-Finance", "En+ Group", "Evrosibenergo", "Rusal", "Kuban Argo", "Gazprom Burenie", "NPV Engineering", "Ladoga Management" və "Genova" kimi, müxtəlif sahələrdə fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı sanksiya elan etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31