Biləsuvarda mikroavtobus aşıb, ölənlər və yaralananlar var

Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl əlverişsiz hava şəraiti Biləsuvarda nəqliyyatın hərəkətini çətinləşdirib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31