Rusiyanın bombardımançı təyyarəsi qəzaya uğradı: ölənlər var - VİDEO
27 Yanvar 2019 15:07 DünyaYanvarın 22-də Murmansk vilayətində Olenqorsk şəhəri yaxınlığında Rusiyaya məxsus Tu-22M3 markalı strateji bombardımançı təyyarə qəzaya uğrayıb.
BakuPost xəbər verir ki, güclü küləkli və qarlı havada təlim uçuşu həyata keçirən təyyarə eniş edərkən yerə çırpılıb və iki yerə bölünüb.
Qəzadan sonra təyyarə yanıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə - kapitan möcüzə nəticəsində sağ qalıb.
Qəzanın görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Videogörüntünün hərbçilərdən biri tərəfindən çəkildiyi ehtimal olunur.
. Rusiya Müdafiə Nazirliyi bildirib ki, hadisə təlim uçuşu zamanı baş verib. Təyyarədə "Kh-22" gəmiyə qarşı uzaqmənzilli raket və havadan atılmaq üçün bir neçə yüz ədəd top mərmisi olub.
Qəzaya uğrayan təyyarə 33 il öncə hərbçilərin istismarına verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31