Fransada etirazçılar polis məntəqəsinə daxil olublar
27 Yanvar 2019 01:33 DünyaFransanın Evryo şəhərində "sarı jiletlilər"in nümayişi zamanı bir qrup etirazçı bələdiyyə polisinin binasına girib.
Bu barədə şənbə günü BFM telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə Bakı vaxtı ilə 15:35-də baş verib, lakin bir saatdan sonra polis onları idarədən çıxarıb. Məlumata görə, təqribən həmin vaxtda nümayişçilər şəhər meriyası yaxınlığındakı dayanacaqda 4 avtomobili yandırıblar.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31