Antalya yenə də dəhşətli qasırğa - Yaralılar var
26 Yanvar 2019 16:44 DünyaBu gün Antalyada yenə güclü qasırğa qeydə alınıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Antalyanın Qumluca rayonunda qasırğa zamanı "xortum" qeydə alınıb.
Qasirğa dəniz kənarı obyektlərə zərər verib. Məlumata görə, hadisə zamanı bəzi işçilər yaralanıb. Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri gedib.
Xatırladaq ki, bir neçə gün əvvəl də Antalyada ciddi qasırğa qeydə alınıb. Nəticədə ağaclar aşıb, mərkəzi yol bir müddət bağlı qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31