Yunan fermerlər Bolqarıstanla sərhəddə etiraz aksiyası keçirirlər

Yunanıstanın Serre bölgəsinin fermerləri Bolqarıstanla sərhəddə "Kulata-Promaxon" yolunu bağlayaraq etiraz aksiyası keçirirlər.

Etiraz aksiyasına səbəb Yunanıstanla Makedoniya arasında imzalanan Prespa sazişidir. Fermerlər bu aksiya vasitəsilə narazılıqlarını hökumətə çatdırmağa çalışırlar. Bolqarıstan Xarici İşlər Nazirliyi etiraz aksiyası ilə əlaqədar sərhəddə tıxacların yaranması barədə məlumat yayıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31