Oskara namizəd olan aktyoru ABŞ-a buraxmadılar
25 Yanvar 2019 18:00 DünyaÜçüncü dəfə "yox" dedilər.
ABŞ səfirliyi "Oskar" mükafatına namizəd olan meksikalı aktyor Xorxe Antonio Herreronun viza üçün müraciətinə 3 dəfə "yox" cavabı verib.
Bu səbəbdən aktyor fevralın 24-də Los-Ancelesin "Dolby" teatrında keçiriləcək 91-ci "Oskar" mərasimini buraxmalı olacaq.
İdarənin əməkdaşları düşünür ki, o, ABŞ ərazisində iş taparaq, sonradan oranı tərk etməyəcək.
Qeyd edək ki, aktyor Alfonso Kuaronun "Roma" filmində baş qəhrəmanın sevgilisi obrazını canlandırıb. Bu film 10 nominasiyada mükafata namizəddir.
Daha əvvəl Herrero 2018-ci ildə ABŞ-a turist kimi səyahət etmək istəsə də, ona viza verilməmişdi.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31