Türkiyədə 1906 kəndlə əlaqə kəsilib

Türkiyənin şərqində yağan güclü qar və havaların şaxtalı keçməsi səbəbindən 1906 kəndlə əlaqə kəsilib.

Dağ kəndlərində qarın hündürlüyü bir metri keçib.

ölkənin Qars, Ərzurum, Ərzincan, Ağrı və Ardahan vilayətlərini əhatə edən bu kəndlərdə əhalinin zəruri tələbatlarını ödəmək üçün bölgəyə əlavə texnika göndərilib.

Ərzurum-Ərzincan və Ərzurum-Ağrı şoselərində nəqliyyatın hərəkəti həddən artıq çətinləşib.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31