Əfqanıstanda FETÖ məktəblərində əməliyyat keçirildi

Əfqanıstanda hüquq-mühafizə orqanları Fətullahçı Terror Təşkilatına (FETÖ) məxsus məktəblərdə əməliyyat keçirib.

Hüquq-mühafizə orqanları şagirdlərin müdaxiləsinə rəğmən məhkəmə qərarı ilə idarəetməni ələ alıb.

Əfqanıstan rəsmiləri Məzari-Şərif və Herat məktəblərində məktəblərin Türkiyə Maarif Vəqfinə həvalə olunacağını bəyan edib.

Xatırladaq ki, Əfqanıstanla Türkiyə arasında 2018-ci ilin fevralın 26-da FETÖ məktəblərinin təhvil verilməsi barədə saziş imzalanıb.(teleqraf.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31