Malidə BMT sülhməramlılarına hücum olub, ölən və yaralananlar var
25 Yanvar 2019 18:12 DünyaBMT-nin Malidə Sabitləşmə Missiyasına (MİNUSMA - United Nations Multidimensional İntegrated Stabilization Mission in Mali) məxsus karvan ölkənin Duentza şəhəri yaxınlığından keçərkən minanın partlaması nəticəsində 2 sülhməramlı hərbçi ölüb, bir neçə nəfər isə yaralanıb.
Bu barədə BMT missiyasının məlumatında bildirilib.
Qeyd edək ki, MİNUSMA missiyası Malidə tuareq üsyanından sonra vəziyyəti sabitləşdirmək məqsədilə 2013-cü ilin 25 aprel tarixində təyin olunub.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31