ŞOK BƏYANAT: Qafqazı Rusiyadan alacağıq
25 Yanvar 2019 18:24 DünyaUkraynaya Kuban və Qafqazı Rusiyadan güc yolu ilə almalı olacaq
Bunu Ukraynanın "Azov" batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Andrey Bileskiy ZIK telekanalının efirində bildirib.
Bileskiy Qafqazda və Kubanda yaşayanların Ukrayna tərkibinə "qayıdışı"nda maraqlı olmadıqlarını, buna görə təcavüzkar addımlara müraciət etməli olacaqlarını deyib. Onun sözlərinə görə, Qafqaz "sözsüz ki, Ukrayna ərazisidir" və Kubanda milli Ukrayna şüurunun səviyyəsi kifayət qədər yüksəkdir.
Qeyd edək ki, 2014-cü ilin fevralında Ukraynada Meydan hadisələrindən sonra hakimiyyətə gəlmiş qüvvələr Rusiyaya, xüsusi halda Kuban, Belqorod, Rostov və Kursk vilayətlərinə ərazi iddialarını dəfələrlə dilə gətirib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31