ABŞ-da ATIŞMA - Ölən və yaralananlar var

ABŞ-ın Pensilvaniya ştatında baş vermiş atışma nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

21 yaşlı şəxs barların birində keçmiş sevgilisini qətlə yetirib.

Daha sonra 2 nəfəri də ağır yaralayan şəxs hadisə yerindən uzaqlaşmaq istəyib.

Amma o, öz avtomobili ilə evlərin birinə çırpılıb. Bundan sonra o, evə daxil olaraq, orada olan bir nəfəri qətlə yetirib.

Bu hadisələrdən sonra silahlı şəxs intihar edib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31