Dmitri Peskov: "Maduro Putindən yardım istəməyib"
25 Yanvar 2019 16:06 Dünya"Venesuelanın Prezidenti Nikolas Maduro Rusiya Prezidenti Vladimir Putindən ölkədəki siyasi böhranla bağlı yardım istəməyib".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlər arasında sonuncu telefon danışığı barədə açıqlamasında deyib.
"Vladimir Putin yaranmış vəziyyətin ölkə Konstitusiyası çərçivəsində həll edilməsini məsləhət görüb. Xaricdən dağıdıcı müdaxilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur", - Rusiya Prezidenti venesuelalı həmkarına bildirib.
Qeyd edək ki, yanvarın 23-də Venesuela parlamentinin sədri Xuan Quaido müvvəqəti Prezident elan olunub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31