Nikol Moskvada qatıb-qarışdırdı: Aİ-yə üzvlük yanlış idi...
25 Yanvar 2019 15:15 DünyaErmənistanın xarici siyasətində qəfil dönüşlər xeyirli heç nə verməyəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan bu barədə Davosda dediklərini Moskvada jurnalistlərə təkrarlayıb. Paşinyan özü deputat olduğu zaman Ermənistanın Avrasiya İttifaqından çıxmasıyla bağlı dinləmələr keçirdiyini bildirib:
"Əgər biz bunun yanlış qərar olduğunu hesab ediriksə, bu o demək deyil ki, səhvlərin düzəldilməsi üçün birbaşa əks addımlar atılmalıdır. Bir şeyi misal çəkəcəm. Barak Obama hesab edirdi ki, Buş İraqa ordu yeridəndə yanlış addım atdı. Orduları çıxarandan sonra nə oldu? İŞİD meydana gəldi. Bu gün Ermənistan Avrasiya İttifaqının üzvüdür. Ölkə rəhbərliyinin səyləri Avrasiya İttifaqını onun üzvləri üçün effektiv etməyə yönəlməlidir. Eyni şeylər KTMT-yə də aiddir. Ermənistanın bu təşkilatlara üzvlüyünü effektiv, faydalı və perspektivli etmək üçün hər şey edilməlidir".
Axar.az