NATO ilə Rusiyanın kritik iclası başladı

Brüsseldə NATO-Rusiya Şurasının Yaxın və orta mənzilli raketlərin ləğvi anlaşması ilə bağlı iclası başlayıb.

İclasda Rusiya nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Sergey Ryabkov rəhbərlik edir.

Qeyd edək ki, bundan öncə ABŞ Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxacağını bəyan edib. ABŞ-ın bu addımı Rusiya və bir sıra Avropa ölkələrinin etirazına səbəb olub.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31