Çində it həkimləri huşunu itirmiş sahibinin yanına apardı - VİDEO
25 Yanvar 2019 14:48 DünyaSahibinin həyatını xilas etmiş itin görüntüsü sosial şəbəkədə böyük marağa səbəb olub.
İnsident Çinin Şansi vilayətində baş verib.
Qızılı retriveri ilə gəzintiyə çıxan qadın anidən huşunu itirib. İt özünü itirməyərək, yolun kənarına çıxıb və kömək gözləyib. İt yoldan keçənlərin diqqətini çəkib, onlar baş verəni öyrənərək, təcili tibbi yardım çağırıb.
Həkimlərin gəlişindən sonra it onları sahibinin yanına aparıb.
"Yol boyu fırlanıb maşına geri baxırdı, görsün, onun dalınca gəlirik, ya yox. Buna əmin olduqdan sonra yerindən götürülüb və sahibinin yanına qaçıb", - deyə həkimlərdən biri söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31