10 il sonra Türkiyə dünyanın 5-ci iqtisadi gücü olacaq
Məşhur Standart Çartered (Standart Chartered) bankının təxminlərinə görə, 10i l sonra Türkiyənin iqtisadi gücü iki dəfə artacaq və dünyanın 5-ci ən güclü iqtisadiyatına sahib ölkəsi olacaq.
25 Yanvar 2019 14:05 DünyaMəşhur Standart Çartered (Standart Chartered) bankının təxminlərinə görə, 10 il sonra Türkiyənin iqtisadi gücü iki dəfə artacaq və dünyanın 5-ci ən güclü iqtisadiyatına sahib ölkəsi olacaq.
Sürətlə inkişaf edən Türkiyə 2030-cu ildə dünya iqtisadiyatının 5-ci pilləsində yer alacaq. Bankın təxminlərinə görə, Türkiyə Almaniya,İtaliya, Fransa kimi ölkələri iqtisadi səviyyəsinə görə geridə qoyacaq. Meksika, Misir, Hindistan kimi ölkələr də Avropa dövlətlərini keçərək dünyanın ilk 10 iqtisadi gücü siyahısına daxil olacaqlar.
Qeyd edək ki, Standart Çartered dünyanın ilk 10 ən böyük bank siyahısına daxil olan maliyyə-kredit təşkilatlarından birisidir.
Mehdi SƏLİMOV