“Dialoqa hazıram” – İnqilabla hədələnən prezidentdən geri addım

Venesuela hökuməti ABŞ səfirliyini və ABŞ-ın bütün konsulluqlarını bağlayacaq.

Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.

Maduro növbəti dəfə ABŞ-ın Venesuela parlamentinin həbsdə olan sədri Xuan Quaydonun ölkə başçısı kimi tanımasına etiraz edib.

Bununla belə, prezident siyasi böhranı həll etmək üçün Meksika və Uruqvayın müxalifətlə dialoq çağırışına razı olduğunu bildirib.

Qeyd edək ki, Venesuelada Maduro hökuməti əleyhinə kütləvi nümayişlər başlayıb.

ABŞ nümayişlərə başçılıq edən Xuan Quaydonu Vensuela prezidenti kimi tanıdığını açıqlayıb.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31